Rəhbərlik

Direktor

Leyla Məmmədova

Leyla İlqar qızı Məmmədova Qafqaz Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili almış, daha sonra Cenevrə Biznes Məktəbində Bankçılıq və Maliyyə ixtisası üzrə Magna Cum Laude fəxri dərəcəsi ilə magistratura pilləsindən məzun olmuşdur. O həmçinin,Moskva Biznes Menecmenti Məktəbinin, Türkiyənin Ziraat Bank Akademiyasının və ADA Universitetinin ixtisasartırma proqramlarının məzunudur.

Hal-hazırda Barselona Universitetində beynəlxalq ticərət ixtisası üzrə təhsilini davam etdirir. Əmək fəaliyyəti dövründə dövlət səhmli “Azər-Türk Bank” ASC-də Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru vəzifəsində çalışmış, daha sonra karyerasını “Sinam” informasiya və texnologiyalar şirkətinin “start-up” layihəsinin direktoru olaraq davam etdirmişdir.

2018-ci ildən Dövlət Aqrar Ticarət Şirkətinin direktorudur.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir və sərbəst ünsiyyət qurur.

Direktor müavini

Sərxan Sərxanov

Sərxan Həsənağa oğlu Sərxanov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Dövlət Sosial Universitetində Maliyyə və Kredit ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Hal-hazırda Barselona Universitetində beynəlxalq ticarət ixtisası üzrə təhsilini davam etdirir. Əmək fəaliyyətinə korporativ müştərilərə xidmət sahəsində başlamış , uzun müddət korporativ satışlar sahəsində çalışmışdır. Daha sonra əmək fəaliyyətini Kapital Bankda müxtəlif vəzifələrdə davam etdirmiş, eyni zamanda menecer, şöbə rəisi vəzifələrini icra etmişdir.

2018-ci ildən Dövlət Aqrar Ticarət Şirkətinin direktor müavinidir.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir və sərbəst ünsiyyət qurur.

Direktorun müşaviri

Aslan Həsənli

Aslan Yusif oğlu Həsənli Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin idarə edilməsi ixtisasında MBA dərəcəsi üzrə təhsilini davam etdirir. Əmək fəaliyyətinə dövlət səhmli “Azər-Türk Bank” ASC-də başlamış, müştərilərə xidmət və strateji planlaşdırma sahələrində çalışmışdır. Daha sonra əmək fəaliyyətini “Sinam” informasiya və texnologiyalar şirkətinin “start-up” layihəsində Biznesin İnkişafı Departamentinin direktoru olaraq davam etdirmişdir.

2018-ci ildən Dövlət Aqrar Ticarət Şirkətinin direktor müşaviridir.

Azərbaycan, ingilis və türk dillərini bilir və sərbəst ünsiyyət qurur.