Vakansiyalar

Dövlət Aqrar Ticarət şirkəti bilik və bacarıqlarına güvənən, daim öyrənməyə, fərdi inkişafa önəm verən yüksək potensiallı, əməksevər və məsuliyyətli insanları öz peşəkar komandasının üzvü olmağa dəvət edir. Bizə qoşulmaq istəyən şəxslər özləri barədə məlumatları aşağıdakı müraciət formasına uyğun şəkildə bizə göndərə bilərlər. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik!

Beynəlxalq satış şöbəsinin mütəxəssisi

Namizəd üzrə tələblər:

  • Ali iqtisadi təhsil
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq
  • Korporativ satış sahəsində ən azı 2 il iş təcrübəsi
  • Komanda ilə iş bacarığı
  • Təqdimat etmə bacarığı
  • Sərbəst və aydın nitq
  • Ofis proqramlarını bilmək
  • Yüksək ünsiyyət qurmaq bacarığı

Öhdəliklər:

  • Xarici şirkətlərlə korporativ yazışmaların aparılması və görüşlərin keçirilməsi
  • Xarici bazarlar üzrə tələblərin öyrənilməsi
  • Satış istiqamətində təqdimatların hazırlanması
  • Yerli istehsalçıların ixrac potensialının öyrənilməsi
  • İxrac prosesinə nəzarət etmək
  • Satış hədəflərinin yerinə yetirilməsi
  • Müvafiq hesabatların hazırlanması

Əmək şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş saatı: 09:00-18:00, Şənbə-Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@agrotrade.gov.az elektron ünvanına göndərə və ya onlayn müraciət formasını doldura bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et

Mağaza müdiri

Namizəd üzrə tələblər:

  • Mağazanın idarə edilməsi sahəsində azı 2-4 il iş təcrübəsi
  • Komandanın idarə edilməsi təcrübəsi
  • Satış sahəsinə dair nəzəri və praktiki biliklər
  • Satışın planlanması və planın icrasına dair təcrübə
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus və İngilis dili bilikləri üstünlükdür
  • Ünsiyyət və təqdimat bacarıqları
  • Komandada işləmək bacarığı

Öhdəliklər:

  • Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması
  • Satışın effektiv həyata keçirilməsi
  • Mağaza işçilərinin davamiyyətinin izlənilməsi
  • İşçilərə iş yerində təlimlərin keçirilməsi
  • Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi
  • Mağazanın işçi heyətinin effektiv idarə edilməsi

Əmək şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@agrotrade.gov.az elektron ünvanına göndərə və ya onlayn müraciət formasını doldura bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et

Anbardar

Namizəd üzrə tələblər:

  • Anbardar vəzifəsi üzrə 1-3 il iş stajı
  • Cinsi: Kişi
  • Yaş həddi: 20-40 arası
  • Ofis proqramlarında orta səviyyədə işləyə bilmə bacarığı
  • Malların qəbulu və anbar uçotunun aparılması bacarığı
  • Anbara daxil olan malların standartlarını və əsas keyfiyyət xüsusiyyətlərini bilməlidir

Öhdəliklər

  • Daxil olan malların miqdarına, keyfiyyətinə nəzarət
  • Saxlama şəraitinə uyğun olaraq saxlanmaya nəzarət
  • Malların qəbulu
  • Malın anbarda yerləşdirilməsi
  • Anbarın hesabatının aparılması
  • Anbardakı malların dövriyyəsinin analizi 
  • Malların yüklənməsi və boşaldılmasının təşkili
  • Düzgün malların seçimi və vaxtında obyektlərə və ya mağazaya çatdırılması
  • Anbarda keçirilən reviziyalarda iştirak etmək.

Əmək şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@agrotrade.gov.az elektron ünvanına göndərə və ya onlayn müraciət formasını doldura bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et

Barista

Namizəd üzrə tələblər:

  • Müştəri ilə ünsiyyət qurmaq bacarığı
  • Diqqətli və məsuliyyətli olmaq
  • Dil biliyi olmalı (rus dili –yaxşı)
  • Uyğun sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək
  • Müxtəlif növ spirtsiz içkiləri, kofe, kokteyl və s. hazırlamağı bilməli

Öhdəliklər:

  • Şifarişləri qəbul etməli
  • Müştəri məmnuniyyətini üstün tutmalı

Əmək şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@agrotrade.gov.az elektron ünvanına göndərə və ya onlayn müraciət formasını doldura bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et

Kassir

Namizəd üzrə tələblər:

  • Ali təhsil və ya orta texniki təhsil
  • Yaş həddi: 25-35 arası
  • Azərbaycan, Rus dili bilikləri
  • Bu sahədə iş təcrübəsi mütləqdir
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq 
  • Müştərilərlə işləmək qabiliyyəti 
  • İş saatlarına riayət edən 
  • Aktiv və məsuliyyətli 
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Öhdəliklər:

  • Alınan malın ümumi pul məbləğini hesablayıb, alıcıya bildirməlidir
  • Alıcılardan alınan pul məbləğini kassaya daxil etməlidir 
  • Pullar ilə səliqəli davranmalıdır (əzmir, üstünü yazmır)
  • Mağazada mövcud olan bütün kassa aparatlarında işləyə bilməlidir
  • Zahiri görünüşünə fikir verməlidir

Əmək şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@agrotrade.gov.az elektron ünvanına göndərə və ya onlayn müraciət formasını doldura bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et

Kuryer

Namizəd üzrə tələblər:

  • Azərbaycan dilində sərbəst danışmalı
  • Bakı şəhərini yaxşı tanımalı
  • Məsuliyyətli və səbirli olmalı
  • Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməli
  • Məhsulları öyrənmək və çatdırılma zamanı müştəriyə düzgün məlumat verməklə təqdim etmək bacarığına malik olmalı
  • Kuryer təcrübəsi arzu olunandır

Öhdəliklər:

  • Mağazaya daxil olan sifarişlərin çatdırılması
  • Rəhbərliyin tapşırıqlarının vaxtlı-vaxtında yerinə yetirilməsi

Əmək şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@agrotrade.gov.az elektron ünvanına göndərə və ya onlayn müraciət formasını doldura bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et

Satıcı

Namizəd üzrə tələblər:

  • Bu sahədə iş təcrübəsi mütləqdir
  • Xidmət sektorunda iş təcrübəsi
  • Xoşagələn zahiri görünüş
  • Gülərüz və ünsiyyətcil
  • Təmizkar, səliqəli və məsuliyyətli
  • Təqdimetmə bacarığı
  • Yaş həddi: 20-35 arası

Öhdəliklər:

  • Ərzaq məhsullarının satışını təşkil etmək
  • Məhsulların vitrində səliqəli düzülüşünü təmin etmək
  • Qiymətlərin məhsulların üzərində olmasına nəzarət etmək və təmin etmək
  • Məhsulların istifadə müddətinə nəzarət etmək
  • Müştərinin tələbatına uyğun olaraq ona düzgün seçim etməyə köməklik göstərmək
  • Yeni məhsulları müştəriyə təqdim etmək
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək