Sual/Cavab

1) Dövlət Aqrar Ticarət Şirkəti fəaliyyəti nədən ibarətdir?

Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti fermer və əkinçilər ilə kənd təsərrüfatı məhsullarının alıcılarının əlaqələrinin qurulmasına vasitəçi olmaqdan, onların yerli və xarici bazarlara çıxışına dəstək verməkdən, aqrar sahədə maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.

2) Dövlət Aqrar Ticarət Şirkətinin təsisçiləri kimlərdir?

Dövlət Aqrar Ticarət Şirkəti Kənd Təsərrüfatı Nazirliyi tabeliyində yaradılmış və səhmlərinin 100%-i dövlətə məxsus olan Məhdud Məsuliyyətli Cəmiyyətdir.

3) Sizin şirkətlə əməkdaşlıq qaydaları necədir? Necə müraciət edə bilərəm ?

Şirkətlə əməkdaşlıq qaydaları bölməsindən bu sualla bağlı ətraflı cavab əldə edə bilərsiniz.

4) Sizə işə necə qəbul olmaq olar?

Bizim şirkətdə çalışmaq üçün saytımızı və sosial şəbəkələrdəki səhifələrimizi izləyin. Vakansiyalar elan olunduqda uyğun olaraq müraciət edin və ya hr@agrotrade.gov.az email ünvanına CV-nizi göndərin, uyğun vakansiyalar olduqda əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq.

5) Mənim əlimdə məhsulum var, satışı üçün kömək edə bilərsinizmi?

Dövlət Aqrar Ticarət Şirkəti fermer və əkinçilər ilə kənd təsərrüfatı məhsullarının alıcılarının əlaqələrinin qurulmasına vasitəçilik xidməti göstərməkdədir. Siz öz məhsulunuz barədə həftəiçi (saat 9:00-17:00) +99450 400 8899 nömrəsinə zəng edərək yaxud sosial şəbəkələrdəki səhifələrimizə və teklif@agrotrade.gov.az ünvanına yazaraq öz müraciətinizi qeydə aldıra bilərsiniz. Əməkdaşlarımızın ən qısa zamanda sizinlə əlaqə saxlayacaq və məhsulunuz satışı üçün mümkün köməklikləri göstərəcəkdirlər.

6) Mən məhsul almaq istəyirəm, istədiyimi məhsulu tapmaqda mənə kömək edə bilərsinizmi?

Əlbəttə, Dövlət Aqrar Ticarət Şirkəti Kənd Təsərrüfatı məhsullarının təklifi üzrə böyük həcmli bazaya sahibdir. Almaq istədiyiniz məhsul barədə müraciətinizi həftəiçi (saat 9:00-17:00) +99450 400 8899 nömrəsinə zəng edərək yaxud sosial şəbəkələrdəki səhifələrimizə və teklif@agrotrade.gov.az ünvanına yazaraq qeydə aldıra bilərsiniz. Ən qısa zamanda sizinlə əlaqə saxlanılıb köməklik göstəriləcəkdir.

7) Sizə necə zəng etmək olar?

Bizimlə əlaqə saxlamaq üçün həftəiçi (saat 9:00-17:00) +99450 400 8899 nömrəsinə zəng edə bilərsiniz. Eyni zamanda suallarınızı sosial şəbəkələrdəki səhifələrimizdən də ünvanlaya bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq və sizə köməklik göstəriləcəkdir. Müraciətiniz üçün təşəkkür edirik.

9) Qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkün deyil, gah məşğul göstərir, gah növbədə çox gözləməli oluram. Niyə belədir? Sözümüzü necə deyək?

Telefon mərkəzinə daxil olan zənglərin çoxluğundan asılı olaraq gözləmə müddəti uzun ola bilər. Yaranmış narahatlığa görə üzr istəyirik. Siz müraciətinizi bizə saytımızdan, sosial şəbəkələrdəki hesablarımızdan, həmçinin agrotrade@agro.gov.az mail ünvanına yazaraq, yaxud +99450 400 8899 nömrəsinə zəng edərək ünvanlaya bilərsiniz. Ən qısa zaman ərzində müraciətiniz cavablandırılacaq.

10) Sizin ünvan haradadır?

Bizim ünvan Səbail rayonu, Nizami küçəsi 92-dir.

11) Şirkətinizin rəhbərliyi ilə görüşüb, əməkdaşlıqla bağlı danışmaq istəyirəm. Qəbul vaxtları necədir?

Qəbula necə yazıla bilərəm?+99450 400 8899 nömrəsinə zəng edib müraciətinizi bildirin, qeydə alınacaq və sizinlə əlaqə saxlanılıb, görüş üçün müvafiq vaxt təyin ediləcəkdir. Həmçinin müraciətinizi yazılı şəkildə agrotrade@agro.gov.az ünvanına da göndərə bilərsiniz.