Əməkdaşlıq qaydalarımız

“Dövlət Aqrar Ticarət Şirkəti”-nin əsas məqsədi dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.

Bu məqsədə nail olmaq üçün Şirkətimiz kənd təsərrüfatı ilə bağlı fəaliyyət göstərən bütün sahibkarlar, fermerlər, şirkət və qurumlarla əməkdaşlığa açıqdır.

Əməkdaşlıq qayda və prinsipləri 

İstehsalçılar üçün

  • Fermer və təsərrüfat sahibi şifahi və ya yazılı olaraq Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edir, satmaq istədiyi məhsul barədə ətraflı məlumat verir
  • Müraciət əsasında məhsula baxış keçirilir, məhsulun keyfiyyəti müvafiq qayda və standartlara uyğun olaraq yoxlanılır
  • Fermerin müraciəti qeydiyyata alınır, məhsula müvafiq alıcı tapılır və satış həyata keçirilir

 

Sifarişçilər üçün

  • Sifarişçi ona lazım olan kənd təsərrüfatı məhsulu üçün şifahi və ya yazılı olaraq Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edir, almaq istədiyi məhsul barədə ətraflı məlumat verir
  • Müraciət əsasında sifarişçiyə qeydiyyatda olan fermer təsərrüfatlarının məhsulları təklif olunur
  • Müvafiq razılaşma əldə olunduqdan sonra Sifarişçi ilə Dövlət Aqrar Ticarət Şirkəti arasında vasitəçilik müqaviləsi bağlanılır və alqı-satqı həyata keçirilir.