Tədbirlər

Azərbaycanla İtaliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

19 / 07 / 2018
Azərbaycanla İtaliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

İtaliya Respublikasının prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib.

Forumun ilk günündə müxtəlif sahələr üzrə iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi panel iclaslar baş tutub. Hər iki ölkənin dövlət qurumlarının və şirkət nümayəndələrinin iştirak etdiyi kənd təsərrüfatı ilə bağlı keçirilən dəyirmi masada Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini cənab İlham Quliyev və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla xanım Məmmədova təqdimatla çıxış edib.

İclasda ölkələrimiz arasında bu sahədə mövcud olan əməkdaşlığın hazırki durumundan və gözləntilərdən danışılıb, yeni yaranmış Dövlət Aqrar Ticarət Şirkəti ilə İtaliya şirkətləri arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclasda Azərbaycan və İtaliya arasında mövcud ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının payının daha da artacağına əminlik ifadə olunub.

Forumun geniş tərkibdə Heydər Əliyev Mərkəzində baş tutan ikinci günündə isə hər iki ölkənin dövlət başçısı ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib.