Xəbərlər

Saatlı rayonundan fermer İqbal Əliyevə dəstək

09 / 07 / 2018
Saatlı rayonundan fermer İqbal Əliyevə dəstək

Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxmasını təmin edərək, kənd təsərrüfatının inkişafına və ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.

Şirkətimizin dəstək göstərdiyi növbəti fermer Saatlı rayon sakini İqbal Əliyev oldu. Belə ki, Şirkətimizə müraciət edən fermerin 200 ha ərazidən əldə etdiyi buğda məhsuluna alıcı tapılıb və satış həyata keçirilib.

Siz də öz məhsulunuza alıcı tapmaqda çətinlik çəkirsinizsə, düşünmədən Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edin.