Xəbərlər

Şamaxı rayonundan fermer Vəfadar İslamova dəstək

30 / 06 / 2018
Şamaxı rayonundan fermer Vəfadar İslamova dəstək

Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxmasını təmin edərək, kənd təsərrüfatının inkişafına və ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.

Bu məqsədlə fəaliyyətə başlayan Şirkətimiz ilk belə dəstəyi Şamaxı rayonundan olan fermer Vəfadar İslamova göstərib. Belə ki, Şirkətimiz tərəfindən alıcı tapılaraq  fermerin 3 ha ərazidə yetişdirdiyi sarımsaq məhsulunun satışı həyata keçirilib.

Siz də öz məhsulunuza alıcı tapmaqda çətinlik çəkirsinizsə, düşünmədən Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edin.