Tədbirlər

DATŞ rəhbərliyi “Azərbaycan Ticarət Evi”nin açılışında iştirak edib

22 / 07 / 2018
DATŞ rəhbərliyi “Azərbaycan Ticarət Evi”nin açılışında iştirak edib

İyulun 23-də Latviyanın paytaxtı Riqada "Azərbaycan Ticarət Evi" açılıb.

Bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə yanaşı, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla xanım Məmmədova və direktor müavini Sərxan Sərxanov iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış "Azərbaycan Ticarət Evi" "Made in Azerbaijan" brendinin Latviya bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Latviyada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Səfər çərçivəsində DATŞ nümayəndə heyəti Latviyanın aparıcı distributor şirkəti olan Auqlu Servis və fındıq idxalatçısı Alis-Co Şirkətinin rəhbərliyi ilə görüşüb, ikitərəfli əməkdaşlığın imkanları barədə müzakirələr aparıb. Məlumat üçün bildirək ki, Auqlu Servis bu yaxınlarda Azərbaycandan pomidor idxal edərək Latviyanın məşhur market şəbəkələrində satışını həyata keçirib.