Maarifləndirmə

Soğanın əkilib becərilməsi

Soğanın əkilib becərilməsi

Növbəli əkində yeri. Soğan üçün əsas sələf bitkiləri xiyar, kələm, pomidor, bostan bitkiləri və s. sayılır.

Soğan bitkisi üçün alaqsız torpaqlar daha əlverişlidir. Soğan ışıqsevən bitki olduğundan səpildiyi sahə açıq və gündöyən olmalıdır. Soğan münbit, yumşaq, qumsal torpaqlarda daha yaxşı bitir. Onun kök sistemi əkin qatının üst hissəsində yerləşdiyi üçün dərində yerləşən ehtiyat qida maddələrindən lazımi qədər istifadə edə bilmir. Buna görə də soğan əkilən sahələr üzvi və mineral gübrələr ilə lazımınca təmin edilməlidir. Bitkilərin normal inkişafı üçün torpaqda PH-ın 5-6,5, nisbi rütubətin 60-70% olması əlverişlidir. Torpaq quru olduqda qida maddələri bitki tərəfindən zəif mənimsənilir

Torpağın səpinə hazırlanması. Soğan əkiləcək sahə payızda dondurma şumu edilir. Payızda sahə bitki qalıqlarından təmizləndikldən sonra torpaq şumlanır. 

Gübrələnməsi. Torpaq münbitliyindən və texniki tərkibindən asılı olaraq soğan sahəsinin hər hektarına 15-20 ton peyin, 120-150 kq. azot və fosfor, 80-100 kq. kalium gübrələri verilir.

Sortları. Fermerlərə məsləhət görülür ki, baş soğanın Yerlı Masallı, Yerli Hövsan, Yerli Xaçmaz, Sabir, Luqanski sortlarından istifadə etsinlər.

Toxumun səpinə hazırlanması. Toxum materialı səpindən qabaq təmizlənməli, dolu, cins, yüksək cücərmə qabilyyətinə malik , xəstəlik və zərərvericilərə sirayətlənməmiş olmalıdır. Soğan toxumlarının özünə məxsus cücərmə qabiliyyətlri vardır. Toxumun tərkibində yüksək efir yağları olduğu üçün səpindən sonra o gec islanır və cücərməsi ləngiyir. Toxum sahəyə səpildikdən 20-25 gün sonra kütləvi surətdə cücərir. Soğanın çıxışını tezləşdirmək üçün toxumu 24 sat suda saxladıqdan sonra, çıxarıb 2-3 gün otaq temperaturunda sərib qurutmaq lazımdır. Rütubəti saxlamaq üçün yaxşı olardı ki, toxumun üzəri nazik pərdə ilə örtülsün. Belə halda səpin apardıqda tez cücərti alınır. 

Səpin. (səpin müddəti və səpin sxemi). Soğan soyuğa davamlı bitkidir. Toxumu 120 C istilikdə cücərir. Lakin cücərməsi 35 günə qədər uzanır. Optimal istilikdə (20C0-22C0) isə cücərmə 8 günə başa çatır. Torpaq-iqlim şəraitindən asılı olaraq soğanı payızda və yazda səpmək olar. Elmi-Tədqiqat Tərəvəzçilik institutunun apardığı araşdırmalara əsasən soğan erkən yazda(fevral ayının 5-dən martın 10-dək) və payızda (10-30 sentyabr) səpilir. 
Toxum ağır torpaqlarda 1,5-2,0 sm dərinlikdə səpilir. Ən yaxşı səpin sxemləri 40+40+60×8 sm və 0+30+10+30+10 +30×8 sm-dir.

Əkinə qulluq. Əkinə qulluq işləri, torpağın yumşaldılması, alaqsız saxlanılması, yemləmə gübrələrinin verilməsi, 2 dəfə seyrəltmə, xəstəlik və zərərvericilərlə mübarizə. vaxtlı-vaxtında suvarmadan ibarətdir. Yüksək məhsul və sağlam soğanlar almaq üçün bitkiləri mütləq 2 dəfə seyrəltmək lazımdır. Birinci seyrəltmədə bitki arası məsafə ləkdə 2-3 sm, 2-ci seyrəltmədə isə 5-8 sm olmalıdır. Birinci suvarma cücərmə dövründə , sonrakı suvarmalar isə bitkinin təlabatından . torpaq və havanın rütubətindən asılı olaraq aparılır. Yığıma 20-25 gün qalmış suvarma dayandırılır. Vegetasiya ərzində bölgədən asılı olaraq 9-12 dəfə su verilir.
Azot gübrəsinin 40%-i torpağı əkinqabağı hazırlayarkən, 20-30%-i əkindən 20-25 gün sonra, 30-40%-i isə başbağlama dövründə ikinci yemləmə kimi verilir. Fosforun və kaliumun 50%-i payız şumu altına, 50%-i isə yemləmə şəklində verilir.

Alaqlarla mübarizədə herbisidlərdən də istifadə olunur. Soğan əkinində əsasən Ştamp,Kataran, Pentiran və Fuzulad Super herbisidlərinin biri istifadə olunur. ET Tərəvəzçilik İnstitunun apardığı təcrübədə Fuzulad Superin 12,5%-li preparatı istifadə olunmuş Becərmə işlərinə tam çıxış aldıqdan sonra başlamaq tövsiyə olunur. 1-ci becərmə 5-7 sm, sonrakı becərmələr 10-12 sm dərinlikdə aparılır. becərmələrin sayı sahələrin nə dərəcədə alaqlı olmasından , suvarmalardan və torpağın xüsusiyyətindən asılıdır. 4-5 dəfə becərmə aparılması daha çox effektli olur.

Soğanın xəstəlik və zərərvericiləri. Soğan əsasən yalançı unlu şeh(perenosporioz), boğaz çürüməsi xəstəlikləri ilə sirayətlənir. Ən yaxşı mübarizə tədbiri aqrotexniki qayadalara riayət etmək və səpinqabağı toxumu 80%-li TMTD ilə dərmanlamaqdır. Yalançı unlu şehə qarşı ridomilinin 25-li məhlulu (2,0-2,4kq/hek) ilə çiləmə aparılır. 
Soğanın ən qorxulu zərərvericiləri soğan milçəyi , soğan güvəsidir. hər iki zərərvericiyə qarşı Bazudin(0,3 litr/hek) çilənir.