Yarmarka


Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən 2019-cu ilin 15-21 mart tarixlərində Novruz bayramı ilə əlaqədar Bakı şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. 

 Yarmarkanın iştirakçılar üçün üstünlükləri:

  • İştirak tam ödənişsizdir;
  • Yarmarka qapalı və istiliklə təmin olunmuş məkanda keçiriləcəkdir;
  • Fermerlərin iştirakı olmadan məhsullarını satmaq imkanı var;
  • İştirakçılar piştaxtatalarla və tərəzilərlə təmin edilir.
  • Yarmarka məkanı şəhərin mərkəzində yerləşir - Bakı şəhəri, Nizami küçəsi 154A  (Landmark biznes mərkəzinin yaxınlığında, Azərbaycan-Fransız Universiteti ilə üzbəüz);

  Yarmarkanın alıcılar üçün üstünlükləri:

  • Birbaşa fermerdən keyfiyyətli və təbii məhsulları əldə etmə imkanı;
  • Sərfəli qiymət;
  • Gigiyenik və qida təhlükəsizliyi standartlara uyğun məhsullar.

"Yarmarkada iştirak qaydaları" ilə buradan tanış ola bilərsiniz.

  Siz də fermer yaxud tədarükçü kimi bu yarmarkada iştirak haqqı olmadan iştirak etmək istəyirsinizsə aşağıdakı müraciət formasını doldurub bizə göndərin.

Şəxsi məlumatlar

 

Məhsulla bağlı məlumatlar

 

+ Məhsul əlavə et