Xəbərlər

Təbii və keyfiyyətli Haşimi düyüsü - “Kənddən Şəhərə” qablaşdırmasında

13 / 12 / 2018
Təbii və keyfiyyətli Haşimi düyüsü - “Kənddən Şəhərə” qablaşdırmasında

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyəti ölkə əhalisini keyfiyyətli və sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün kiçik və orta fermer təsərrüfat sahiblərinin məhsullarının satışını təskil etmək, bununla da kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, onların sosial rifahını yaxşılaşdırmağa yönəlib.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətlərindən biri də məhsulların vahid ad altında qablaşdırılaraq satışını həyata keçirməkdən ibarətdir.

Nəzərdə tutulan fəaliyyət planına uyğun, ilkin olaraq Cənub bölgəsinin təbii və keyfiyyətli Haşimi düyüsünün qablaşdırılması həyata keçirilib. Gələn ilin əvvəlindən etibarən isə “Kənddən Şəhərə” adı altında qablaşdırılmış noxud məhsulu satışa təqdim ediləcək.

“Kənddən Şəhərə” markalı 900 qr-lıq qablaşdırmada özünəməxsus dadı və ətri ilə tanınan Haşimi düyüsünü həm sosial şəbəkələrdəki rəsmi səhifələrimizdən, həm də zəng mərkəzinə (050 400 99 77) müraciət edərək sifariş etmək, eyni zamanda qısa müddət sonra şəhərin mərkəzində istifadəyə veriləcək olan “Kənddən Şəhərə” yarmarkasından və mağazasından əldə etmək mümkün olacaq.

Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” sosial layihəsi çərçivəsində qablaşdırılan məhsulların qiyməti sərfəlidir. Buna səbəb həm də məhsulların birbaşa fermerlərdən əldə edilməsi, böyük biznes marağınının olmaması, eyni zamanda kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışının prioritet hədəf olmasıdır.