Xəbərlər

Paytaxtda 4 ünvanda “Kənddən Şəhərə” - Novruz yarmarkası keçirilir

02 / 03 / 2019
Paytaxtda 4 ünvanda “Kənddən Şəhərə” - Novruz yarmarkası keçirilir

Novruz bayramı ilə əlaqədar olaraq Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən Bakı şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının yarmarkaları təşkil olunacaq. Yarmarkalar martın 2-dən 15-dək şənbə və bazar günlərində, 16-21 mart tarixlərində isə gündəlik olaraq fəaliyyət göstərəcək. 

Bakı şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan yarmarkalar paytaxtın 4 rayonunda təşkil edilir:

1.Səbail rayonu (Nizami küç. 154, 28 may metrostansiyasının yanı)
2.Nizami rayonu (Qara Qarayev küç. 55/57 sayli binanın qarşısı, Orbita ticarət mərkəzinin dayanacağı)
3.Yasamal rayonu (Hüseyn Cavid prospekti, Elmlər Akademiyası binasının qarşısındakı park)
4.Xəzər rayonu (Mərdəkan qəsəbəsi, S.Yesenin küç. 5)

Yarmarkanın şəhər əhalisi üçün əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaşlarımız gigiyenik və qida təhlükəsizliyi standartlarına uyğun, keyfiyyətli və təbii kənd təsərrüfatı məhsullarını sərfəli qiymətlə  birbaşa fermerdən əldə edə biləcək.

Məlumat üçün bildirək ki, Yasamal rayonunda təşkil edilən “Kənddən Şəhərə” yarmarkası martın 2-dən 21-dək hər gün vətəndaşlarımızın xidmətində olacaq.

Bayram bazarlığınızı təbii məhsullardan və münasib qiymətə etmək üçün hər birinizi yarmarkamıza gözləyirik.