Xəbərlər

Fermerlərin maarifləndirilməsi layihəsi uğurla davam etdirilir

13 / 03 / 2019
Fermerlərin maarifləndirilməsi layihəsi uğurla davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti ötən həftədən etibarən “Fermerlərin maarifləndirilməsi” layihəsinə start verib. Layihə çərçivəsində Xaçmaz, Lənkəran, Şəki və Gəncədə təlimlər həyata keçirilib.

Təlimlərdə əsas müzakirə mövzuları maliyyə savadlılığı, qlobal GAP, məhsulların sertifikatlaşdırılması, yeni bazarlara çıxış imkanları, məhsulların satışında marketinqin və brendləşdirmənin önəmi, aqrar biznesdə qadın sahibkarlığın önəmi, “Yaşıl dəhliz” buraxılış sistemi və sadələşdirilmiş ixrac prosedurlarına həsr olunub.

Müxtəlif dövlət və özəl qurumlardan dəvət edilən mütəxəssislər tərəfindən təlim iştirakçılarına qeyd edilən mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb. Eyni zamanda ekspertlər tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.

Layihənin davamında martın 14-ü və 15-i Qax,  27-i və 28-i isə Tovuz rayonlarında təlimlər keçiriləcək.

Bu mövzularda maarifləndirici təlimlərin mütəmadi olaraq digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.