Xəbərlər

Bərdə rayonu Tumaslı kənd sakini Əlzamin Qasımova dəstək

20 / 04 / 2019
Bərdə rayonu Tumaslı kənd sakini Əlzamin Qasımova dəstək

Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi ölkədə fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışına dəstək göstərmək, bütövlükdə ölkədə kənd təsərrüfatının inkişafına və fermerlərin sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdən ibarətdir.

Bu məqsədlə Şirkətimiz mütəmadi olaraq "Kənddən Şəhərə" satış yarmarkalarını təşkil edir, paytaxtın Nizami küçəsi 154B ünvanında eyniadlı satış mərkəzi də fəaliyyət göstərir. Satış mərkəzində kiçik və orta fermer təsərrüfatlarında yetişdirilmiş kənd məhsullarının, eləcə də yerli qida istehsalçılarının məhsullarının satışı həyata keçirilir. 

Mütəmadi olaraq yerli fermerlərdən məhsul alışı həyata keçirən Şirkət nümayəndələrinin növbəti səfəri Bərdə rayonuna olub. Bərdə rayonu Tumaslı kənd sakini Əlzamin Qasımov öz sahəsində soğan əkini ilə məşğuldur. Bizə müraciət edərək yetişdirdiyi məhsulların rahat şəkildə satışını həyata keçirən fermerimizə ödəniş "Fermer kartı" vasitəsilə edilib. 

Əziz fermerlər, siz də Dövlət Aqrar Ticarət Şirkəti ilə əməkdaşlıq edərək məhsullarınızı sata və öz təsərrüfatınızı böyüdə bilərsiniz.