Tədbirlər

Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyətə başlamasının 1 illiyi qeyd edilib

10 / 06 / 2019
Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyətə başlamasının 1 illiyi qeyd edilib

8 iyun 2019-cu il tarixdə Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin yaranmasının və fəaliyyətinin 1 illiyi ilə əlaqədər olaraq tədbir keçirilib. Bakı Biznes Mərkəzində təşkil olunan tədbirdə Şirkətin bütün kollektivi iştirak edib.

Çıxış edən DATŞ-ın direktoru Leyla Məmmədova ötən bir il ərzində Şirkətin həyata keçirdiyi layihələrdən danışıb, bu özəl gün münasibətilə bütün əməkdaşları təbrik edib.

“Şirkətimiz qısa zamanda fəaliyyətə başlasa da bu günə qədər ölkə əhəmiyyətli bir neçə layihəyə start verib və bu layihələr bu gün uğurla davam etdirilir. Ölkəmizdə kənd təsərrüfatının inkişafına, fermerlərimizin məhsullarının satışına dəstək göstərmək, onların sosial-rifahının daha da yaxşılaşdırılmasına çalışmaq bizim əsas məqsədimizdir. Hər bir əməkdaşımız bu fəaliyyət çərçivəsində bizə göstərilən etimadı doğrultmaq üçün maksimum səy və bacarıqla çalışır, bu tempi bundan sonra da davam etdirməliyik.”

Daha sonra çıxış edən Şirkətin direktor müavini Sərxan Sərxanov da kollektivi təbrik edib, kiçik və orta fermer təsərrüfatı sahiblərinə dəstək üçün daha böyük əzmkarlıq göstərməyin vacibliyini qeyd edib. O bildirib ki, hər bir əməkdaş həm gündəlik işlərdə daha məsuliyyətli olmalı, həm də öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün çalışmalıdır.

Tədbirin ikinci hissəsində isə, Şirkət əməkdaşları üçün təlimçi Xaqani Səfərov tərəfindən "Korporativ etika" mövzusunda təlim keçilib.