Xəbərlər

Sevdiyiniz insanlara “Kənd payı” hədiyyə edin!

13 / 06 / 2019
Sevdiyiniz insanlara “Kənd payı” hədiyyə edin!

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” sosial layihəsi çərçivəsində fəaliyyət göstərən eyni adlı satış məntəqəsində alıcıların artan tələbini nəzərə alaraq hədiyyə kartları istifadəyə verib.
“Kənd payı” adlanan hədiyyə kartları 3 nominalda – 20, 30 və 50 AZN dəyərində hazırlanıb.

Yalnız “Kənddən Şəhərə” satış mərkəzində istifadə edilə bilən kartlar əldə edildiyi gündən etibarən bir il müddətində qüvvədə olur. Kart sahibi bir il ərzində istədiyi vaxt satış mərkəzinə yaxınlaşaraq kart dəyərində alış-veriş edə bilər. Alıcılar daha artıq məbləğdə alış-veriş edən zaman məbləğin kart dəyərində olan hissəsini “Kənd payı” kartı vasitəsilə edə biləcəklər. “Kənd payı” hədiyyə kartı bir dəfəlik istifadə üçün nəzərdə tutulub və alış-veriş məbləği kartın nominalından az olarsa aradakı fərq qaytarılmır. Eyni zamanda, kartın geri qaytarılmasına və nominalı dəyərində pula dəyişdirilməsinə icazə verilmir.

Məlumat üçün bildirək ki, ilk yerli fermer və qida istehsalçılarının məhsullarının satıldığı “Kənddən Şəhərə” satış mərkəzi Bakı şəhəri, Nizami küçəsi 154B ünvanında yerləşir və hər gün saat 08:00-dən 22:00-dək vətəndaşların xidmətindədir.