Tədbirlər

Kənd təsərrüfatı üzrə ixracın təşviqi milli strategiyalarının hazırlanması üzrə regional planlaşdırma seminarı keçirilir

27 / 06 / 2019
Kənd təsərrüfatı üzrə ixracın təşviqi milli strategiyalarının hazırlanması üzrə regional planlaşdırma seminarı keçirilir

FAO-nun yeni layihəsi seçilmiş kənd təsərrüfatı məhsullarının ixracı üçün milli strategiyalarının hazırlanmasına dəstək verəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən Bakıda Azərbaycan, Tacikistan və Özbəkistanda kənd təsərrüfatı üzrə ixracın təşviqi milli strategiyalarının hazırlanması üzrə 2-günlük regional planlaşdırma seminarı keçirilir.

Tədbir layihənin üç benefisiar ölkənin hökümət rəsmiləri, digər milli maraqlı tərəfləri, FAO-nun Subregional və Baş Ofisindən texniki əməkdaşları, milli və beynəlxalq məsləhətçiləri və Beynəlxalq Qida Siyasəti Tədqiqat İnstitutunun (IFPRI) nümayəndələrini bir araya gətirib.

Tədbir layihənin məqsədləri, quruluşu və həyata keçirilmə üsullarını ümumi bir anlayışa çatdırmaq, benefesiar ölkələri tərəfindən hazırlanmış ilkin siyahıya əsaslanan layihə çərçivəsində tədqiq olunacaq prioritet kənd təsərrüfatı məhsulları üzrə müxtəlif maraqlı tərəflər arasında konsensusa nail olmaq və hər bir fərdi ölkə üçün layihənin həyata keçirilməsi planın razılaşdıraraq üç layihə məqsədinə nail olmağa imkan yaratmaq məqsədlərini daşıyır.

Seminar 2018-ci ildən FAO-nun Mərkəzi Asiya üzrə Subregional Ofisi tərəfindən icra olunan və FAO-nun Texniki Əməkdaşlıq Proqramının vəsaitləri hesabına maliyyələşən regional layihə çərçivəsində təşkil olunub.

Təklif olunan layihə aşağıda sadalanan üsullar vasitəsilə milli dövlət qurumları və özəl sektor üzrə maraqlı tərəflərin aqrobiznes məhsullarının ixracının artırılması üzrə məqsədlərinə nail olmasını dəstəkləyəcək:

- Bazara çıxış (tarif və qeyri-tarif baryerləri) üçün tələb və qaydalar baxımından potensial ixrac bazarlarının təhlili;

- Milli istehsal, dəyər zənciri və ixrac potensiallarının qiymətləndirilməsi, o cümlədən benefisiar ölkələrdə mövcud maneələri dəf etmək, istehsal və ixrac potensiallarını həyata keçirmək məqsədini daşıyan milli ixracın təşviqi strategiyalarının ilkin versiyasının hazırlanması.