Xəbərlər

FAO-nun Sub-Regional Ofisinin nümayəndəsi “Kənddən Şəhərə” satış mərkəzi ilə tanış olub

28 / 06 / 2019
FAO-nun Sub-Regional Ofisinin nümayəndəsi “Kənddən Şəhərə” satış mərkəzi ilə tanış olub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən Bakıda Azərbaycan, Tacikistan və Özbəkistanda kənd təsərrüfatı üzrə ixracın təşviqi milli strategiyalarının hazırlanması üzrə regional planlaşdırma seminarı keçirilib.

Seminar çərçivəsində FAO Sub-Regional Ofisinin nümayəndəsi Sumiter Broca, həmçinin Tacikistan və Özbəkistandan gəlmiş qonaqlar "Kənddən Şəhərə" satış mərkəzində olub, burada yaradılan şəraitlə tanış olublar.

Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndəsi Röyal Şirinov qonaqlara “Kənddən Şəhərə” layihəsi və layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Satış mərkəzi ilə tanış olan qonaqlar üçün yerli fermer və qida istehsalçılarının məhsullarının dequstasiyası da təşkil olunub.